Ərdoğanın Azərbaycanda səs faizi açıqlandı – Sorğu

Ərdoğanın Azərbaycanda səs faizi açıqlandı – Sorğu

Türkiyədə 14 may tarixində keçiriləcək prezident seçkiləri Azərbaycanda da həssaslıqla izlənilir.

AzerTimes qardaş ölkədə prezidentliyə namizədlərin azərbaycanlılar arasında reytinqini müəyyənləşdirmək üçün sorğu keçirib.

Sorğu onlayn platform üzərindən 25 aprel-12 may tarixlərində aparılıb. Sorğuda ümumilikdə 4440 şəxs iştirak edib.

Sorğu iştirakçılarının 89%-i (3951 səs) qardaş ölkədəki seçkilərdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qalib olmasını arzuladığını bildirib.

İkinci yerdə 5,3% ilə (235 səs) “Altılı masa”nın prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlu qərarlaşıb.

Məmləkət Partiyasının sədri Məhərrəm İncə 2,9% (129), ATA ittifaqının namizədi Sinan Oğan isə 2,8% (125 səs) toplayıb.

Qeyd edək ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncə ötən gün namizədliyini geri götürüb.

Teqlər: