Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini ləğv etməsi və Almaniyaya getməsi haqda bizə hər hansı məlumat daxil olmayıb.
Bu barədə AzerTimes-a Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edək ki, Türkiyə mediası 1/8 final matçında milli yığmanın oyunçusu Melih Dəmiralın Bozqurd işarəsi göstərməsindən sonra Almaniyanın xüsusi müraciəti əsasında UEFA-nın araşdırma başlatması və Türkiyə milli yığmasına qarşı təzyiqlərə görə Ərdoğanın Almaniyaya gedəcəyi və 1/4 final oyununu canlı izləməklə komandaya dəstək verəcəyini bildirib. İddia edilib ki, bu səbəbdən TDT dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edə bilməyəcək.