Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq digər əməkdaşlıq imkanları ilə yanaşı, cari beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.
Bu, Türkiyədə dövlət ənənəsidir.
Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri zamanı ikitərəfli əlaqələrlə bağlı bütün sahələrdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.