Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində “Sinan Oğana boyun əyməyəcəyəm” deyə bir ifadə işlətməyib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“CNN İnternəşnl”a müsahibəsində Ərdoğanın “Sinan Oğana boyun əyməyəcəyəm” kimi ifadə işlətməsi iddiası doğru deyil. Ərdoğan müsahibədə belə bir fikir ifadə etməyib”, – deyə bildirilib.