Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti ilə əlaqədar bu ilin iyulunda ABŞ-a təxirə saldığı səfəri reallaşdıra bilər.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında çıxışı zamanı deyib.
“İyulda keçiriləcək NATO sammitində Prezident Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayır”, – o bildirib.
Diplomat qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb.