Türkiyəni və Prezident Rəcəb Tayyib Ərdoğanı taxıl müqaviləsini asanlaşdırdıqlarına görə yüksək təqdir edirəm. Bu, çox əhəmiyyətli idi.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“İstanbulda olarkən Bosfor boğazından keçən taxıl gəmilərini gördüm. Bu, ərzaq qiymətləri və xüsusən də dünyanın kasıb ölkələri üçün çox vacibdir. Taxıl sövdələşməsi çox vacib olduğunu sübut etdi və onun davamlılığı qorunmalıdır. Bundan əlavə, Türkiyə və prezident Ərdoğanın köməkliyi ilə əsirlərin dəyişdirilməsi, əlbəttə ki, müttəfiqlərimiz tərəfindən müsbət qarşılandı. Amma bilirsiniz ki, İstanbuldakı mesajım bu gün burada verdiyim mesajla eynidir”, – Stoltenberq qeyd edib.