Əsrin fəlakəti olaraq xarakterizə edilən bu böyük zəlzələ 13,5 milyon insanın yaşadığı 500 kilometrlik əraziyə dağıdıcı təsir göstərdi. Bu qədər geniş əraziyə və bu qədər əhaliyə təsir edən zəlzələ dünyada nadir fəlakətdir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Dünyanın qabaqcıl zəlzələ mütəxəssislərini belə dəhşətə gətirən bu fəlakətin dərin izlərini bütün çılpaqlığı ilə viran qalmış əyalətlərimizdə görmək mümkündür. Bu fəlakətin dağıdıcı təsirinin 1939-cu il Ərzincan və 1999-cu il Mərmərə zəlzələlərindən də çox olduğu göz qabağındadır”, – Ərdoğan bildirib.