Ərdoğandan yunan liderə: Şimali Kiprdə görüşək!

Ərdoğandan yunan liderə: Şimali Kiprdə görüşək!

İspaniyanın ev sahibliyi ilə Madriddə keçirilən NATO-nun 32-ci Zirvə Toplantısının təfərrüatları ortaya çıxmağa davam edir.

AzerTimes xəbər verir ki, Cənubi Kipr yunan administrasiyasının lideri Nikos Anastasiadis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan görüş istəyib.

Məlumat görə, Fransa prezidenti Makron da görüş üçün vasitəçilik etməyə çalışıb. Hətta görüşün Parisdə keçirilməsi də gündəmə gəlib.

Yunan mətbuatına açıqlama verən Nikos Anastasiadis, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu təklifə, “Şimali Kipr Türk Cümhuriyyətinə gəl, görüşək”, şəkilində cavab verdiyini bildirib.

Teqlər: