Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa iki müjdəli xəbər verib.
AzerTimes xəbər verir ki, Ərdoğan növbəti aydan etibarən elektrik və təbii qazın qiymətində kəskin ucuzlaşmanın olacağını elan edib.
O, bütün abonentlər üçün elektrik enerjisinin qiymətində 15 faiz, sənayeçilərin istifadə etdiyi təbii qazın tarifində isə 20 faiz endirimin olacağını bildirib.