Türkiyə Ukraynada sülh bərqərar olanadək vasitəçilik səylərini yorulmadan davam etdirəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Ankara qan tökülməsinin qarşısının alınması və kommunikasiya kanallarının açılması üçün böyük səylər göstərir.