Türkiyə hökuməti uçot dərəcəsini endirməyə davam edəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qardaşlarınız hakimiyyətdə olduğu müddətdə faiz hər gün, hər həftə və hər ay azalmağa davam edəcək. Bizim kiminsə məsləhət və tövsiyələrinə ehtiyacımız yoxdur”, – Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin son iclası 22 sentyabrda keçirilib. İclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 13%-dən 12%-ə endirilib.