Cənnət vətənimizin 81 vilayətində bütün qardaşlarımızı, xaricdə yaşayan bütün vətəndaşlarımızı evlərini, mağazalarını, avtomobillərini Türkiyə bayrağı ilə bəzəyərək Cümhuriyyətimizin 100-cü yaşını salamlamağa və bu qürur gününə ortaq olmağa dəvət edirəm. Yer-göy bayraq olsun!
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı paylaşımında yazıb.
Qeyd edək ki, 29 oktyabrda qardaş ölkə Türkiyədə Cümhuriyyət Günü qeyd edilir.