ABŞ-ın 45-ci prezidenti və prezidentliyə namizədi cənab Donald Trampa qarşı sui-qəsdi qətiyyətlə pisləyirəm.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cənab Trampa, onun ailəsinə və yaxınlarına ən səmimi arzularımı çatdırıram. İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq, onu törədənlər və təhrik edənlər ən qısa zamanda ədalət qarşısında cavab verəcəklər. Türkiyə olaraq dost və müttəfiq ABŞ xalqının yanında olacağıq”.