Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan on ildən çoxdur kəsilən əlaqələri bərpa etmək məqsədilə gələn ay Misirə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” Türkiyə rəsmilərə istinadla məlumat yayıb.
Bildirilib ki, Prezident Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi arasında keçiriləcək danışıqlarda əsas diqqətin Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlara yönələcəyi gözlənilir.