Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı postuna varisi ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”nın köşə yazarı Cared Malsin bildirib.
Onun sölərinə görə, Ərdoğanın kürəkəni olan Bayraqdar hazzırda Türkiyədə çox məşhurdur və onun namizədliyini dəstəkləyəcək tərəfdarlar var:
“Bayraqdarın özü 2023-cü ilin payızında VSJ-ə verdiyi müsahibədə siyasətlə fəal məşğul olmadığını və heç bir siyasi ambisiyasının olmadığını, lakin Ərdoğanın ona müraciət edəcəyi təqdirdə prezidentliyə namizəd ola biləcəyini istisna etməyib”.