“Rosatom” Prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyədə Sinop ərazisində ikinci atom elektrik stansiyası tikmək təklifi alıb.
AzerTimes xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev RT-yə müsahibəsində bildirib.
“Ərdoğan bizə etdiyi bu təklifi rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib.
Biz hazırda Türkiyədə, Sinop ərazisində mövcudluğumuzun mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq”, – deyə o bildirib.