Türkiyə öz müstəqil siyasətinə sadiqdir. Bunun təzahürlərindən biri də Qarabağın 30 illik işğaldan azad edilməsində qardaş Azərbaycana dəstək verməsidir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə başqa ölkələr üçün hərəkət etmir. Xarici və daxili siyasətimizdə Türkiyənin və türk xalqının maraqlarına tam sadiqik”, – Ərdoğan qeyd edib.