Ərdoğandan Qarabağ açıqlaması: Haqq yerini tapdı

Ərdoğandan Qarabağ açıqlaması: Haqq yerini tapdı

Azərbaycan ərazisi olan Qarabağ 30 illik işğaldan sonra azad edilib və öz layiqli yerini tapıb.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu məsələdə dostlarımızı artırmaq üçün səmimi səy göstəririk. Uzatdığımız dostluq əlini tutan hər kəslə ortaq maraqlar istiqamətində bu yolda addımlamaqdan məmnun olarıq. Biz son vaxtlar bu istiqamətdə bir çox mühüm addımları uğurla atmışıq. Ölkəmizin ətrafında sülh və əmin-amanlıq zonası yaratmaq məqsədimizdə ciddi irəliləyişlər əldə etmişik. Regional inteqrasiya layihələri ilə əməkdaşlığımızı dərinləşdirməyə çalışdıq. Bunlara yenilərini əlavə etməyə hazırıq”, – Ərdoğan bildirib.

Teqlər: