Deməli, cənab Putin bu məsələdə ətrafı ilə məsləhətləşib və nəhayət belə bir qərara gəlib.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin G20 sammitinə qatılmaması ilə bağlı danışarkən deyib.
Ərdoğan bildirib ki, bu məsələ ilə bağlı fikir bildirmək həm ona, həm də komandasına qarşı hörmətsizlik olardı:
“Bu, əlbəttə ki, onların biləcəyi bir işdir. Çünki hazırda biz adi bir proses yaşamırıq. Rusiya sıradan bir dövlət deyil, güclü dövlətdir. Təbii ki, Qərb, xüsusilə ABŞ Rusiyaya məhdudiyyətsiz hücum edir. Bütün bunlara qarşı təbii ki, Rusiya da müqavimət göstərir. Türkiyə də taxıl koridorunun açılmasını reallaşdırdı. İndi fikirləşirik ki, buradan sülh koridorunu necə aça bilərik. Bunun üzərində işləyirik. Bunun üçün ən yaxşı yolun dialoqdan sülhə gedən yol ola biləcəyini düşünürük. Təbii ki, burada təkcə cənab Putinin fikirləri kifayət etməz. Zelenski ilə danışaraq onların fikirlərini öyrənəcəyik. Nə düşünürlər? Belə bir şeyə necə baxırlar? Təbii ki, onların da fikirləri də vacibdir”.