Ərdoğandan Pakistana dəstək: Türkiyə səfərbər oldu!

Ərdoğandan Pakistana dəstək: Türkiyə səfərbər oldu!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Söhbət zamanı Pakistanda yaşanan sel fəlakəti ilə bağlı son vəziyyət, bu çərçivədə Türkiyənin yardımları müzakirə edilib.

Ərdoğan qardaş ölkədə təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı fəaliyyəti yaxından izlədiyini, ehtiyac duyulan dəstəyin göstərilməsi üçün Türkiyənin səfərbər olduğunu vurğulayıb.

O, türk xalqının pakistanlı qardaşlarının yanında olduğunu da bir daha Şahbaz Şərifə xatırladıb.

Pakistan baş naziri də öz növbəsində güclü dəstəkdən dolayı türk dövlətinə və xalqına təşəkkürünü bildirib.

Teqlər: