Ərdoğandan Özələ: “Dərsinə” yaxşı hazırlaş…

Ərdoğandan Özələ: “Dərsinə” yaxşı hazırlaş…

Müxalifət iş görmək əvəzinə bəhanələr gətirir. Ötən dəfə borclarını xatırlatmağımız CHP-ni ciddi anlamda narahat edib. Deyirlər ki, borclarını ödəsələr, CHP-li bələdiyyələr iş görə bilməz. Onsuz da CHP bələdiyyələri zibil toplamır ki…

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədəki çıxışı zamanı deyib.

O bildirib ki, ən çox borcu olan bələdiyyə CHP-nin davamlı olaraq qazanc əldə etdiyi bələdiyyələrdir:

“Bir sözlə, CHP-nin idarəetməsinə keçən bələdiyyələrin borcu günbəgün artır. 96 milyard lirəlik borcun 65,1%-i CHP bələdiyyələrinə və onlara məxsus qurumların payına düşür. Bunların borc ödəmək kimi bir vərdişləri yoxdur. Bələdiyyə başçıları Kılıçdaroğlunun pis mirasını davam etdirir. Vals şoularına, jurnalistlərinə Roma turu etdirməyə, şəxsi reklam kampaniyalarına gəlincə pul var, amma Sosial Müdafiə Təşkilatının pulunu ödəməyə gələndə “yoxdur”. İnsanda bir az utanc hissi olar. CHP borcunun üstünə çökmək istəyir. Hörmətli CHP sədrinə (Özgür Özəl – red) tövsiyəm odur ki, əvvəlcə, “dərsinə” yaxşı hazırlaşsın. Ardınca enerjisini borcunu ödəməkdən qaçmaq üçün yox, millətin haqqını ödəmək üçün istifadə eləsin”.

Teqlər: