Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və xəzinə və maliyyə naziri Məhməd Şimşek Qətərə gedir.
AzerTimes xəbər verir ki, səfər çərçivəsində Yılmaz və Şimşek Türkiyə ilə Qətər arasında əlaqələrin gücləndirilməsi və iqtisadi əməkdaşlıq imkanlarının qiymətləndirilməsi ilə bağlı bir sıra görüşlər keçirəcəklər.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 17-19 iyul tarixlərində Körfəz ölkələrinə səfəri gözlənilir.