Ərdoğandan növbəti Ukrayna açıqlaması

Ərdoğandan növbəti Ukrayna açıqlaması

Ərzaq müqaviləsi çərçivəsində Ukraynadan 16 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim açdığımız dəhliz sayəsində 16 milyon tondan çox taxıl və taxıl məhsulları Ukrayna limanlarını tərk edərək bütün dünyaya çatdırılıb”, – Ərdoğan bildirib.

Qeyd edək ki, ötən ilin iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla, üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Teqlər: