Müvafiq komissiyamız minimum aylıq əmək haqqı ilə bağlı işlərə başlayıb. Bütün tərəfləri qane edəcək qərar verəcəyik.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
Qeyd edək ki, Türkiyədə 2023-cü il üçün minimum aylıq əmək haqqı vergi və haqlar daxil 10 min 8 TL, xalis isə 8 min 506,8 TL müəyyən edilib.