Türkiyədə 700 minə yaxın dövlət qulluqçusunun maaşları 45 faiz artırılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.
“Biz dövlət qulluqçularının maaşlarını 45% artırmaq qərarına gəldik, söhbət 700 min nəfərdən gedir. Beləliklə, dövlət qulluqçusunun minimum maaşı 15 min lirəyə (760 dollardan çox – red.) yüksələcək”, – Ərdoğan bildirib.
Həmçinin, qohumları terror aktı nəticəsində və ya orduda tapşırıqların icrası zamanı həlak olanların maaşlarının 10%, gecə növbəsində işləyənlərin isə daha 8% artırılması nəzərdə tutulur.
Prezident iyul ayında da maaş artımının davam edəcəyinə söz verib.