Köhnə Türkiyə artıq geridə qaldı. Biz enerji, təhlükəsizlik və sosial iqtisadiyyat siyasətimizi öz maraqlarımıza uyğun olaraq davam etdirəcəyik.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
“Türkiyənin ehtiyacı faiz artırmaq yox, ixracı və cari balansı artırmaqdır. Ola bilər ki, biz 15 il əvvəl bugünkü proqramı həyata keçirə bilməmişik. Onda bizim gücümüz onu dəstəkləmək üçün yetərli deyildi. Hazırda öz böhran yükünü azaltmaq üçün addımlar atan inkişaf etmiş ölkələrin olduğunu görürük. Hər investisiya məhz bu günlər üçün idi. Biz bu resursları qlobal baronlara ötürmək üçün yox, vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək üçün etmişik. Toplam 3,5 trilyon dollarlıq sərmayə ilə ölkəmizi hər sahədə bu günlərə hazırlamışıq. Biz büdcə intizamında heç vaxt güzəştə getməyəcəyik. Kiminsə pulun dəyərindən narahat olub xarici valyutaya və qızıla üz tutmasına da heç bir əsas yoxdur. Vətəndaşlarımızı TL əmanətlərinə geri qayıtmağa dəvət edirəm”, – prezident bildirib.