Ərdoğandan İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni şərt

Ərdoğandan İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni şərt

Türkiyənin Avropa Birliyinə gedən yolunu açmaq lazımdır.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu barədə NATO sammitində də lazımi mesajlar verəcək: “Xalqımızın bizdən gözləntisi var. Siz bizim ittifaqa gedən yolumuzu açın ki, biz də İsveçin üzvlüyünü təsdiqləyək”.

Qeyd edək ki, sammit sabah, iyulun 11-də başlayacaq və 2 gün davam edəcək.

Teqlər: