Ərdoğandan İsveç baş nazirinə: Bizə dəstək verməlisiniz

Ərdoğandan İsveç baş nazirinə: Bizə dəstək verməlisiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç Baş naziri Ulf Kristerssonla telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.

Telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı, İsveçin NATO üzvlüyü müzakirə edilib.

Bundan əlavə, Ərdoğan danışıqlar zamanı İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstəyi verməsinin vacib olduğunu bildirib.

Teqlər: