Ərdoğandan inflyasiya ilə bağlı açıqlama…

Ərdoğandan inflyasiya ilə bağlı açıqlama…

İnflyasiyanı vətəndaşlarımızın gündəlik həyatından çıxaracağıq. Bütün vətəndaşlarımızdan bir az da səbirli olmasını, atdığımız və atacağımız addımlara dəstək vermələrini gözləyirik.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

“Hər şikayəti eşidirik. İnşallah qarşıdakı illərdə indiki dərdlərimizi keçmişin xatirəsi kimi xatırlayacağıq. İqtisadiyyatdakı müsbət hadisələrdən biri də Mərkəzi Bankın ehtiyatlarındakı güclü artımdır. 11 avqust etibarilə bu rəqəm 116 milyard dolları ötüb. Beynəlxalq investorlar iqtisadiyyatımızdakı müsbət prosesləri diqqətlə izləyirlər”, – Ərdoğan bildirib.

Teqlər: