Ərdoğandan hicabla bağlı təklif

Ərdoğandan hicabla bağlı təklif

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qadınların hicab taxmasına dair Konstitusiya təminatının yaradılması şərtini irəli sürüb.

AzerTimes xəbər verir ki, Türkiyə lideri təklifi Malatya şəhərində dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edərkən bildirib.

“Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik, lakin hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik. Bu məsələ cansıxıcıdırsa, referenduma çıxaraq, parlamentdə bu məsələ həll olunmursa, xalq qərar versin”, – Ərdoğan qeyd edib.

Teqlər: