HƏMAS-ın bizim təkliflərimizlə atəşkəs razılaşmasını elan etməsindən məmnunuq.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın İsraillə atəşkəsə razılıq verməsini şərh edərkən deyib.
Ərdoğan qeyd edib ki, indi İsrail də eyni addımı atmalıdır:
“Mən bütün Qərb oyunçularını İsrail administrasiyasına təzyiq göstərməyə çağırıram”.
Qeyd edək ki, bu gün HƏMAS lideri İsmayıl Haniyə Qətər və Misirə atəşkəsə razılıq verdiklərini bildirib.