Günahsız fələstinli mülki şəxslərə qarşı törədilən müharibə cinayətlərinin cəzasız qalmaması üçün prosesi izləməyə davam edəcəyik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı soyqırımı iddiası üzrə qərarını şərh edərkən bildirib.
“Türkiyə olaraq atəşkəsin bərqərar olması və daimi sülhün yolunu təmin etmək üçün bütün gücümüzlə çalışmağa və fələstinli qardaşlarımızın yanında olmağa davam edəcəyik”, – Ərdoğan vurğulayıb.
Qeyd edək ki, bu gün beynəlxalq məhkəmə Qəzza sakinlərinin soyqırımına görə İsrailə qarşı irəli sürülən ittihamların sübuta yetirildiyi bildirib.