Suriya ilə diplomatik münasibətlərin qurulmaması üçün heç bir səbəb yoxdur.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz keçmişdə olduğu kimi, bu gün də əlaqələrimizi inkişaf etdirməyə davam edirik. Suriyanın daxili işlərinə qarışmaq kimi bir hədəfimiz, dərdimiz heç vaxt ola bilməz. Çünki Suriya xalqı qardaş xalqdır. Ailələr də daxil olmaqla, cənab Əsədlə (Suriya Prezidenti Bəşər Əsəd – red.) danışıqlarımız olub. “Sabah yoxdur” deyə bir şey yoxdur, yenə olacaq”, – Ərdoğan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl B.Əsəd Türkiyə ilə danışıqlara açıq olduqlarını vurğulayıb.