Ərdoğandan çağırış: Bu ölkəni tanıyın!

Ərdoğandan çağırış: Bu ölkəni tanıyın!

Türkiyə Kiprə sülh və demokratiya gətirdi. Kiprli türklər gələcəyə daha böyük ümidlə baxırlar.

AzerTimes xəbər verir ki, bunu Şimali Kiprdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Birləşmiş Millətlər Təşkilatına tarixi çağırışımı təkrar edirəm: Adanın reallıqlarından üz döndərməyin və Şimali Kipr Türk Respublikasının suverenliyini mümkün qədər tez tanıyın.

Kipr türklərinin suveren hüquqları və beynəlxalq hüquq qarşısındakı bərabərliyi məsələsi həll olunmayana qədər yeni danışıqlar prosesi haqqında söhbət belə gedə bilməz”, – Ərdoğan qeyd edib.

Teqlər: