Sabah millət səs verəcək, amma Bay Kamalla PKK-nın siyasi qanadı arasında hansı vədlər verildiyini heç kim bilmir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Sancaqtəpə bölgəsində keçirdiyi mitinq zamanı deyib.
“Bundan başqa, Bay Kamal FETÖ əclaflarına verdiyi kasetlərin montaj olduğunu özü deyib. Məhərrəm İncəyə atılan böhtanların səbəbkarları da üzə çıxacaqdır. Həmçinin, Rusiya ilə Türkiyənin münasibətini pozmaq üçün tapşırığı kimin verdiyi də aydın olacaq. Heç bir şey olmadığı halda ələvi-kürd videolarının nə üçün çəkildiyi, Pensilvaniyada 8 saat kimlərlə hamburger yeyildiyi – bəli bunların hamısı bir gün tək-tək millətin önünə səriləcək”, – Ərdoğan bildirib.