Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfərə gələn Albaniyanın Baş naziri Edi Ramanı rəsmi mərasimlə qarşılayıb.
AzerTimes xəbər verir ki, qarşılama mərasimində maraqlı dialoq yaşanıb.
Belə ki, Prezident Ərdoğan Albaniyanın baş naziri Edi Ramanı maşından enərkən paltosuz görəndə təəccüblənib. Müşaviri Səbri Dəmiriyə müraciət edən Ərdoğan “Üşümürmü?” deyə soruşub.