Terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlıq və vahid iradə şərtdir.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya federal kansleri Karl Nehammerlə görüşündən sonra mediaya açıqlamasında deyib.
“Bu baxımdan Avstriyadan daha sıx əməkdaşlıq gözləyirik. Avropanın bütünləşməsi ancaq Türkiyənin birliyə tam üzv olması ilə tamamlanacaq. Tamhüquqlu üzvlük xaricində heç bir alternativi qəbul etməyəcəyik”, – deyə Ərdoğan bildirib.