Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhərrəm ayının onuncu günü – Aşura ilə bağlı müsəlman dünyasına müraciət edib.
AzerTimes xəbər verir ki, bu barədə Ərdoğan Tvitter hesabında paylaşım edib.
“Aşura günündə xalqımıza və bütün İslam dünyasına salamlarımı çatdırıram. Məhərrəm ayının bütün bəşəriyyətə sülh və firavanlıq gətirməsini diləyirəm”, – Ərdoğan qeyd edib.