Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini əvvəldən dəstəkləmişik.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışı zamanı deyib.
“Lakin Ermənistanın bu tarixi fürsəti dəyərləndirmədiyini görürük. Ermənistanın başda Zəngəzur dəhlizi olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Tək millət, iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq yönündə atdığı addımları dəstəkləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bunun xaricində hər hansı status qəbuledilməzdir”, – deyə Türkiyə lideri bildirib.