Həm Antalya, həm də Beşiktaş cinayətlərində təqsirkarların məhkəmə qarşısında cavab verməsi üçün üzərimizə düşəni edəcəyik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 3 saatlıq iclasından sonra açıqlamasında deyib.
Qeyd edək ki, Antalyada kanat qəzası ilə bağlı 5 nəfər artıq həbs edilib. Beşiktaşda isə bir neçə ay əvvəl İsmayıl Karabıyık adlı sahibkarın silahla başından vurularaq öldürülməsi cəmiyyətdə rezonans doğurub.