Ərdoğandan Almaniyaya: Bitərəf qal!

Ərdoğandan Almaniyaya: Bitərəf qal!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, telefon söhbəti zamanı ikili əlaqələr və regional məsələlər müzakirə edilib.

Ərdoğan Almaniyanın türk-yunan əlaqələri mövzusunda bitərəf mövqeyinə geri dönməsini arzu etdiyini bildirib, həmçinin Gömrük Birliyi ilə bağlı müzakirələrin aktivləşdirilməsinin gərəkdiyini söyləyib.

Tərəflər həmçinin Ukrayna ilə bağlı son vəziyyəti də müzakirə ediblər.

Teqlər: