Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 21-ci ildönümü ilə bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.
AzerTimes xəbər verir ki, türk lider rəhbərlik etdiyi partiyanın gələcəkdə də qətiyyətli addımlar atacağını bəyan edib:
“14 avqust 2001-ci ildə hansı həyəcanla yola çıxdıqsa, bu gün də eyni həyəcanı ürəyimizdə daşıyırıq. Qəlbləri fəth etmək, qəlbləri qazanmaq üçün eyni qətiyyətlə yolumuzda addımlayırıq. Türkiyəyə xidmət mübarizəsindən əsla imtina etməyəcəyik, geri addım atmyacağıq. Bir olduq, 21 olduq. AKP 21 yaşında”.