Ankaranın Afinanı “Tayfun” ballistik raketi ilə vurmaq niyyəti yoxdur.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün onlar Türkiyənin “Tayfun” raketlərinin Afinaya tuşlanması ehtimalını müzakirə edirlər. Bizim belə bir hədəfimiz yoxdur. Yunanıstan həqiqətən Türkiyənin beynəlxalq müqavilələrə əsasən demilitarizasiya zonaları olan adalarda silah yerləşdirilməsinə məhəl qoymayacağına inanırmı? Bilin! Əgər ölkəmizə qarşı səhv addım atsanız, o zaman reaksiya özünü çox gözlətməyəcək. Çılğın türklər hərəkətə keçəcək”, – Ərdoğan bildirib.