Ərdoğana yüksək etimad davam edir – Çelik

Ərdoğana yüksək etimad davam edir – Çelik

Bütün dünyaya demokratiya dərsi verəcək səsvermə prosesi tamamlandı. Millətimiz bir daha Türkiyəni kimin idarə edəcəyinə qərar verəcək.

AzerTimes xəbər verir ki, bu sözləri AKP-nin sözçüsü Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.

“Demokratik prinsiplərini daxililəşdirənlər də nəticəyə hörmətlə yanaşacaqlar. Türkiyə ilk dəfə 2-ci tur seçimini yaşadı və müvəffəqiyyətlə də bitirdi. İndi açıqlanan nəticələr göstərir ki, cənab Prezidentimizə yüksək etimad davam edir.

CHP sözçüsü iki dəfə tələsik ard-arda açıqlamalar verdi. Bir daha görürük ki, onlar əllərində olan məlumatları bütün Türkiyənin məlumatları kimi təqdim etməyə və vəziyyəti gərginləşdirməyə çalışırlar.

“Heç kim balkon çıxışı etməsin və ya vəziyyəti gərginləşdirməsin” deyə fikirlər səsləndirilir. Faiq bəy gərək bilsin ki, bu səpkidə açıqlama mayın 14-ü gecəsi CHP-nin iki bələdiyyə sədrindən gəlib.

Bütün rəsmi və digər partiyaların məlumatlarını təhqir edərək, “Aramızda qalib gəldik” kimi məsuliyyətsiz mövqe sərgilədilər.

Bütün vətəndaşlarımız təmkinli olsun, sandıqlar açılır. Bunu bir yerdə ekranlardan da görürük, nəticələr çıxır və milli iradə özünü göstərməyə başlayıb. Biz axırıncı səs hesablanana, cədvəl formalaşana qədər aldığımız nəticə budur, verilən səslərimiz belədir deməyən və hörmətlə gözləyən siyasi ənənəyə sahibik”, – Çelik bildirib.

Teqlər: