Ərdoğana Nobel mükafatı verilməlidir – Millət vəkili

Ərdoğana Nobel mükafatı verilməlidir – Millət vəkili

2023-cü il Türkiyə Cümhuriyyətinin yaranmasının yüzilliyidir. Sülhə misilsiz xidmətlərinə görə, Nobel mükafatına ən layiqli namizəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elman Nəsirov deyib.

O əlavə edib ki, bir-birinə düşmən olan Rusiya və Ukrayna İstanbul sammitini Ərdoğanın səyləri nəticəsində imzaladılar:

“Aclıqla mübarizədə cənab Ərdoğanın müstəsna xidmətləri var. Əsirlərin dəyişdirilməsi ilə bağlı heç bir lider səy göstərə bilmirdi. Bu da Ərdoğanın fəaliyyəti nəticəsində baş tutdu. Bu gün Türkiyədə ən çox suriyalı qaçqının olduğu bəllidir. Türkiyə immiqrasiya proseslərinə də böyük töhfə verən ölkədir”.

Teqlər: