Ərdoğan Zeyrəkə görə CHP liderinə zəng etdi

Ərdoğan Zeyrəkə görə CHP liderinə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özələ zəng edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərdoğan telefon danışığı zamanı elektrik cərəyanı vurması nəticəsində ağır yaralanan Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyrəkə tezliklə şəfa diləyib.

Qeyd edək ki, Ferdi Zeyrək Keçiliköy məhəlləsindəki evinin bağçasında hovuzun aparat otağında nasazlığı yoxlamaq istəyərkən elektrik cərəyanı vurub. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Hadisədən dərhal sonra partiya üzvləri, eləcə də Özgür Özəl xəstəxanaya baş çəkib.

Teqlər: