Türkiyənin zəlzələ bölgəsində 488 min yeni ev tikib vətəndaşlarımıza təhvil verəcəyik.
AzerTimes xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident Ərdoğan deyib ki, mövcud plana görə, tikiləcək binaların 405 mini yaşayış yeri, 83 mini isə kənd evi olacaq.
“Məqsədimiz qarşıdakı 2 ayda 244 min yaşayış binasının və 75 min kənd evinin tikintisinə başlamaqdır. Bunlardan təxminən 22 mininin tikintisinə başlanılıb”, – deyə dövlət başçısı bildirib.