Bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarım
olacaq, bu həftə sonu və ya gələn həftənin əvvəlində isə Rusiya
prezidenti Vladimir Putinlə danışıqlarım ola bilər.
Trend-in
məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında
deyib.
“Bu danışıqlar zamanı onlar NATO sammiti çərçivəsində keçirdiyim
görüşlər barədə məlumatlandıracağam. Artıq tərəfləri sülhə çağırmaq
vaxtıdır. Onlara “Sülh naminə atılan addımların təşəbbüsçüsü sən
olmalısan” deməliyik. Bu məsələnin həll yollarını axtarmalıyıq”, –
deyə R.T.Ərdoğan bildirib.