Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti
Vladimir Zelenski ilə telefon danışığı zamanı Ankaranın danışıqlar
prosesinə lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.
AzerTimes-ın
məlumatına görə, R.T.Ərdoğan zəmanət məsələsinə müsbət münasibətlə
yanaşdığını vurğulayıb.
Türkiyə lideri yaralıların və mülki əhalinin Mariupoldan
çıxarılmasının təmin edilməsinin vacibliyini də qeyd edib.
.