Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Kiriakos Miçotakis arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, Türkiyə lideri Yunanıstan hökumətinin başçısını ad günü münasibətilə təbrik edib.
Tərəflər dövlətlərarası münasibətləri və regional məsələləri də müzakirə ediblər.